İQTİSADİYYAT


“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb

Tehran, 16 avqust AZƏRTAC

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə daşınan yüklərin təhlükəsizliyini və sərnişinlərin rahatlığını təmin etmək məqsədilə işçi qrupu yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Şəhərsalma və yollar naziri Məhəmməd İslami məlumat verib.

O bildirib ki, avqustun 15-də Soçidə İran, Azərbaycan və Rusiyanın nəqliyyat nazirləri arasında görüş keçirilib. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması və fəaliyyəti müzakirə edilib. Qərara alınıb ki, tərəflər birgə müəssisələr yaradaraq yük və sərnişinlərin daşınmasında fəal iştirak etsinlər.

Nazir bildirib ki, müzakirələr səmərəli olub və tərəflər prinsipial məsələlərə dair razılığa gəliblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.