İQTİSADİYYAT


“Şimal” Elektrik Stansiyası üzrə ötən 5 ayda texniki iqtisadi göstəricilər yüksək olub

Bakı, 16 iyun, AZƏRTAC

“Şimal” Elektrik Stansiyasında əsas və köməkçi avadanlığın dayanıqlı və qənaətli işləməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Nəticədə ötən illərdə olduğu kimi cari ilin beş ayı üzrə də texniki iqtisadi göstəricilər yüksək olub.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə stansiyada 1 milyard 20 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. O cümlədən, may ayında burada 203,7 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub.

İyunun 1-nə olan məlumata görə, 2002-cı ildən fəaliyyət göstərən müəssisədə 27,8 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.