DÜNYA


Şimal-Qərbi Çində müxtəlif cinsli əkiz pandalar doğulub

Bakı, 13 iyul, AZƏRTAC

Şimal-Qərbi Çinin Şensi əyalətində böyük pandaların yetişdirilməsi üzrə Sinlin bazasında müxtəlif cinsli əkiz pandalar dünyaya gəlib.

AZƏRTAC Çin İV-lərinə istinadla bildirir ki, bazada saxlanılan Çju-Çju adlı 19 yaşlı dişi panda əkiz bala dünyaya gətirib. Erkək panda iyulun 10-da saat 12:52-də anadan olub. Onun çəkisi 122 qramdır. Bacısı isə 36 dəqiqə sonra dünyaya göz açıb. Onun çəkisi 170 qramdır.

May ayında Çju-Çju üzərində süni mayalandırma aparılıb. Onun hamiləlik dövrü 105 gün çəkib.

Hazırda Şensi əyaləti ərazisində 345 vəhşi böyük panda yaşayır ki, bu da Çində böyük pandaların ümumi sayının 18,5 faizidir. Bambuk ayılarının məskunlaşma arealının sahəsi 360,6 min hektar təşkil edir, potensial məskunlaşma arealının sahəsi isə 244,6 min hektara çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.