DÜNYA


“Şimal axını 2” layihəsi avqustda tamamlanır

Bakı, 12 iyul, AZƏRTAC

Rusiyadan Almaniyaya təbii qaz nəqlini nəzərdə tutan “Şimal axını 2” (“Nord Stream 2”) boru kəməri layihəsi üzrə işlər avqustda yekunlaşacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan Almaniyanın “Nord Stream 2 AG” şirkəti məlumat yayıb.

Bildirilir ki, boru kəmərinin inşasının avqustda tamamlanması gözlənilir və bu xətt ilin sonuna kimi istismara veriləcək.

Ümumi dəyərinin 10 milyard avro civarında olması gözlənilən “Nord Stream 2” boru kəməri ilə ildə 55 milyard kubmetr Rusiya qazının Baltik dənizi vasitəsilə Almaniyaya göndərilməsi planlaşdırılır. ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən İsveçrə şirkətinin inşasını dayandırdığı boru kəmərini Rusiyanın “Gazprom” enerji şirkəti öz imkanları hesabına davam etdirir.

ABŞ, Ukrayna, Polşa və Baltikyanı ölkələrin qarşı çıxdığı layihənin tərəfdaşları sırasında “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi şirkətlər, eləcə də layihə icraçısı qismində “Gazprom” şirkəti var.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.