DÜNYA


“Şimal axını 2” qaz kəmərinin partladığı yerdə aşkarlanan naməlum obyekt sudan çıxarılıb

“Şimal axını 2” qaz kəmərinin partladığı yerdə aşkarlanan naməlum obyekt sudan çıxarılıb

Stokholm, 30 mart, Rauf Əliyev, AZƏRTAC

“Şimal axını 2” qaz kəmərinin partladığı yerdə naməlum obyekt aşkar edilərək sudan çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Danimarka Energetika Agentliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, martın 28-də dənizin 73 metr dərinliyində tapılan obyekt sudan çıxarılaraq mütəxəssislərə təhvil verilib.

Agentlik qeyd edib ki, ötən ilin sentyabrında “Şimal axını 2” və “Şimal axını 1” qaz kəmərləri eyni anda baş verən dörd partlayış nəticəsində sıradan çıxıb. Təxribat törədilən qaz kəmərlərinin yaxınlığında aşkar edilən obyekt araşdırılacaq.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.