CƏMİYYƏT


“Şimal axınları”ndan sızmaların ekoloji nəticələri

Bakı, 1 oktyabr, AZƏRTAC

İsveç və Danimarkanın “Şimal axınları”ndan sızmaların baş verən yerə göndərdikləri gəmilər arasında ekoloji vəziyyəti araşdıran gəmilər də olub.

Qaz sızması neft sızması qədər ciddi ziyan vurmur. AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, lakin uzunmüddətli nəticələr ağır olacaq: atmosferə çox böyük miqdarda istixana qazları buraxılır.

“Bu, yalnız qonşu ölkələrin sakinləri üçün təhlükəli ola bilən hansısa lokal çirkləndirici deyil. Bu qaz bütün dünyada yayılacaq. O, bu zaman həll olunsa da, qarışsa da, daha çox insana, demək olar ki, hər kəsə mənfi təsir göstərəcək", - deyə Ridinq Universitetinin nümayəndəsi Bill Kollins bildirib.

Qəza yerinə ən yaxın olan Danimarkanın Bornholm adasının sakinləri təşvişə düşməyiblər. Yerli hakimiyyət orqanlarının sözlərinə görə, birbaşa təhlükə yoxdur.

“Biz səthə çıxan qazın miqdarını daim ölçür və bura nəyinsə çatıb-çatmadığını aydınlaşdırırıq. Hələ ki, hər şey normal görünür", - deyə fövqəladə hallar üzrə menecer Luiza Lyung Boyesen bildirib.

Almaniyada bu həftə potensial sızma ehtimalı 7,5 milyon ton karbon qazı ekvivalentində təxmin edilib. Bu da Almaniyanın illik CO2 emissiyasının təxminən 1 faizidir. Metan emissiyaları ən təhlükəli hesab olunur – o, 300 min tona çata bilər. Alman mütəxəssislərinin fikrincə, metan atmosferi karbon qazından 25 dəfə çox isidir.

Xatırladaq ki, “Nord Stream AG” şirkəti sentyabrın 26-da "Şimal axını" və "Şimal axını 2" dəniz qaz kəmərlərinin üç qolunda bir neçə saat ərzində aşkar edilmiş "görünməmiş dağıntılar"ın baş verdiyini bildirib. İlk sızma "Şimal axını 2"də Danimarkanın Bornholm adası yaxınlığında aşkar edilib. Daha sonra "Şimal axını"nda iki sızma qeydə alınıb. Danimarka Enerji Agentliyi dənizə külli miqdarda qazın sızmasını bildirib. Təyyarə və gəmilərin hadisə yerinə 5 dəniz milindən yaxın yaxınlaşması qadağandır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.