CƏMİYYƏT
Şimal bölgəsində bu günədək 8 min 825 kubmetr oduncaq tədarük olunub
Bakı, 26 sentyabr, AZƏRTAC
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir. Əhalinin sıx məskunlaşdığı, oduna daha çox tələbatın olduğu şimal bölgəsinin əhalisinə bu günədək 8 min 825 kubmetr odun tədarük edilib.
AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.
Onun sözlərinə görə, şimal bölgəsində Quba rayonu üzrə 4 min 300, Qusar rayonu üzrə 2 min, Xaçmaz rayonu üzrə 1200, Şabran rayonu üzrə 1062, Siyəzən rayonu üzrə 129, Xızı rayonu üzrə isə134 kubmetr oduncaq tədarük olunub.
C.Qəribov onu da qeyd edib ki, odun yanacağı əldə etmək istəyənlər Regional Meşə Təsərrüfatı mərkəzlərinə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]