REGİONLAR


Şimal bölgəsində hava durumu: 20 santimetr qar, mənfi 10 dərəcə temperatur VİDEO

Xızı, 12 mart, Elxan Yusifli, AZƏRTAC

Martın 11-i axşam saatlarından şimal bölgəsində qar yağmağa başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qar əsasən Xızı, Quba və Qusar rayonlarına yağıb. Qubanın rayon mərkəzində qarın hündürlüyü 1 sm, Xaltan kəndində 19 sm, Qrızda isə 10 sm-ə çatıb. Qrızda temperatur mənfi 10 dərəcəyə enib.

Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 15 sm, temperatur isə mənfi 4 dərəcə olub.

Dağlıq ərazilərdə qar yağmaqda davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.