CƏMİYYƏT


Şimal bölgəsində radikallıqla mübarizədə maarifləndirmənin rolu mövzusunda müzakirələr aparılıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Radikallıqla mübarizə: təbliğat, təşviqat və maarifləndirmə” adlı videomüşavirə keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının icra hakimiyyətləri başçısı aparatlarının İctimai-siyasi və humanitar məsələlər şöbələrinin müdir müavinləri – dini qurumlarla işin təşkilatçıları, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri və şöbənin əməkdaşları iştirak ediblər.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, hazırkı pandemiya dövründə radikallıqla mübarizə sahəsində müəyyən işlər həyata keçirilib.

Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov çıxışında qeyd edib ki, Quba rayonunda vətəndaşların, xüsusilə də gənclərin, məktəblilərin xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan yad dini ideologiyaların təsiri altına düşmələrinin qarşısının alınmasının ən mühüm üsullarından biri kimi dini maarifləndirmə işinə müntəzəm diqqət yetirilməkdədir.

Digər natiqlər də mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.