REGİONLAR


Şimal bölgəsində temperatur mənfi 14,5 dərəcəyədək enib

Quba, 24 fevral, Elxan Yusifli, AZƏRTAC

Şimal rayonlarında ən çox yağıntı Qubada qeydə alınıb. Rayon mərkəzində qarın hündürlüyü 18 santimetr, temperatur isə mənfi 13 dərəcə olub.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qubanın Qrız kəndinə 14, Xaltana 11, Xınalığa isə 3 santimetr qar yağıb. Bu ərazidə ən aşağı temperatur mənfi 14 dərəcə qeydə alınıb.

Qusar şəhərində isə qarın hündürlüyü 8 santimetrə çatır. Burada temperatur mənfi 14,5 dərəcəyədək enib.

Xızı, Xaçmaz, Siyəzən və Şabran rayonlarında da müşahidə olunan qar hazırda yağmaqda davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.