REGİONLAR


Şimal bölgəsinin dağlıq ərazilərində temperatur mənfi 13 dərəcəyədək aşağı düşüb VİDEO

Quba, 18 yanvar, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanın şimal rayonlarına qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 13 dərəcəyədək aşağı düşüb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ən aşağı temperatur Quba rayonunun Xınalıq kəndində qeydə alınıb.

Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 10 santimetrdən çox olub. Ən çox yağıntı Qusarın Ləzə, Qubanın Qırız, Təngəaltı, Xaltan, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb. Hazırda Xızının Altıağac qəsəbəsində 11 santimetr qar var.

Quba və Qusarın rayon mərkəzində isə qarın hündürlüyü 2-5 santimetrə çatır.

Qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.

Daha təhlükəli sayılan Quba-Xınalıq yoluna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir. Yolun qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib.

Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur. Bununla belə həmin istiqamətdə hərəkətdə olan sürücülərə diqqətli olmaq, hava şəraitinə uyğun sürət həddi seçmək tövsiyə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.