REGİONLAR


Şimal bölgəsinin pravoslavları Milad bayramını qeyd ediblər

Xaçmaz, 7 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Milad bayramı Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər həyata keçirib, dualar oxuyublar. Bayramla əlaqədar əvvəlcədən xüsusi hazırlıq görülüb, şirniyyatlar bişirilib.

Mərasimdə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı bayram təbriki oxunub. Vurğulanıb ki, Azərbaycanda xüsusi coşqu ilə qeyd olunan Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir.

"Xaçmaz Rayon Rus İcması" İctimai Birliyinin sədri Azər Panamarçuk İsa peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan Milad bayramının hər il yüksək səviyyədə qeyd etdiklərini bildirib.

Dini ayinlərin icrasından sonra bayram şirniyyatları paylanılıb.

Milad bayramı ilə əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.