İQTİSADİYYAT


“Şimal” elektrik şəbəkəsi üzrə ötən 10 ayda yüksək göstəricilər əldə olunub

Bakı, 19 noyabr, AZƏRTAC

Cari ilin 10 ayında “Şimal” Elektrik Səbəkəsi Müəssisəsi üzrə yüksək göstəricilər əldə olunub.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə müəssisədə 1 milyard 540,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.

“Şimal” elektrik şəbəkəsinin inkişaf proqramı davam etdirilir. Artıq Yaponiyanın “Toyo Engineering" şirkəti ilə bağlanmış müqavilə əsasında müəssisədə sayca ikinci 409 meqavatlıq enerji blokunun tikintisinə başlanılıb. Tikinti-quraşdırma işlərinin qısa zamanda başa çatdırılması planlaşdırırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.