REGİONLAR


Şimal-qərb bölgəsi rayonlarında IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları uğurla başa çatıb

Şəki, 27 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 27-də bu qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki, Qəbələ və Oğuz rayonlarının orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirdiyi buraxılış imtahanları uğurla başa çatıb.

Regional bölmədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, imtahanların keçirilməsi üçün Şəki şəhərində dörd, Qəbələdə üç, Oğuz şəhərində isə iki imtahan mərkəzi ayrılıb.

Şəki şəhərində keçirilən imtahanlarda IX siniflər üzrə 2040, XI siniflər üzrə isə 1781 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına ümumilikdə 28 imtahan rəhbəri və 328 nəzarətçi-müəllim cəlb edilib.

AZƏRTAC-ın bölgə müxbiri Şəki şəhərindəki 8 nömrəli tam orta məktəbdə XI şagirdləri üçün keçirilən buraxılış imtahanında iştirak edib. İmtahan rəhbəri Xətayi Məmmədovun bildirdiyinə görə, 528 şagirdin imtahan verdiyi bu mərkəzdə imtahanın gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb.

Regional bölmədən bildiriblər ki, bölmənin əhatə etdiyi digər imtahan mərkəzlərində də IX və XI siniflər üçün buraxılış imtahanları mövcud təlimata uyğun aparılıb, heç bir qanun pozuntusuna yol verilmədən uğurla başa çatıb. Ayrı-ayrı imtahan mərkəzlərində buraxılış imtahanlarının gedişini DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də izləyib.

Buraxılış imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.