CƏMİYYƏT
Şimal-qərb küləyi səhər saatlarından etibarən mülayimləşib
Bakı, 24 avqust, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqustun 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağışın miqdarı Balakən-Şəki zonasında 11-70, Mərkəzi Aran rayonlarında 5-34, Kiçik Qafqazda 4-12, Naxçıvan Muxtar Respublikasında 8-15, Qazax-Gəncə zonasında 2-10, Bakıda və Abşeron yarımadasında 2-7 millimetr təşkil edib.
Şimal-qərb küləyi əsib, səhər saatlarından tədricən 7-12 metr/saniyəyədək mülayimləşib.
Avqustun 23-də Bakıda havanın temperaturu iqlim normasından 6-7° aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-23°, Aran rayonlarında 17-23°, dağlıq rayonlarda 12-14°, Naxçıvan Muxtar Respublikasında 18-25° isti olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]