REGİONLAR
Şimal rayonları üzrə 49 məzun 600 baldan yuxarı nəticə göstərib
Xaçmaz, 17 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunların adları açıqlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubadan 19, Xaçmazdan 12, Qusardan 9, Şabrandan 5, Siyəzəndən isə 4 məzun yüksək nəticə göstərməyi bacarıb. Ümumilikdə 49 nəfər 600 bal həddini aşa bilib.
Şimal bölgəsinin məzunları arasında ən yüksək nəticəyə 685 balla Xaçmaz rayonu Qürbət Mövlamov adına Dədəli kənd tam orta məktəbinin məzunu Akşin Nəsrullayev nail olub. Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin məzunu Elmar Səlimov (672 bal) ikinci, Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin məzunu Rəsul Əhmədov(671) isə üçüncü nəticə göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]