REGİONLAR


Şimal rayonlarında məktəblərin qızdırılması üçün 5 min 500 kubmetr odun ayrılıb VİDEO

Xaçmaz, 14 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Xaçmaz rayonunda məktəblərin qızdırılması üçün 1685 kubmetr odun ayrılıb.

Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda odunla qızdırılan məktəblərin 50 faizi artıq bu yanacaq növü ilə təmin edilib. Digər təhsil ocaqlarına da qısa müddətdə odun paylanacaq.

Rayonda ümumilikdə 65 məktəbin qızdırılması üçün odundan istifadə olunur. Məktəblərin əksəriyyətində mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, bəzi təhsil müəssisəsində isə fərdi qaz sobaları və kombi sistemi quraşdırılıb. Qış fəslində bu məktəblərin qızdırılmasında heç bir çətinlik yaşanmayacaq.

Son illərdə rayonda yeni modul tipli məktəblər istifadəyə verildiyindən odunla qızdırılan təhsil ocaqlarının sayı azalıb. Bununla belə, bu il məktəblərə ayrılan odunun həcmi 3 dəfəyədək artırılıb. Yanacaq kimi odundan istifadə olunan bir sıra təhsil ocaqları yeni sobalarla təmin edilib.

Xaçmazla yanaşı, bölgənin digər rayonlarında da qışa hazırlıq işləri görülür. Bu mövsüm şimal rayonlarında istilik sistemi olmayan təhsil müəssisələrinin qızdırılması üçün 5 min 500 kubmetr odun ayrılıb.

Şimal bölgəsində soyuq hava şəraiti səbəbindən bəzi ucqar kəndlərdə yerləşən məktəblərdə sobalar işə tez salınır. Lakin ümumilikdə, təhsil müəssisələrinin qış mövsümünə noyabr ayının ikinci ongünlüyündən keçməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.