REGİONLAR


Şimal rayonlarından olan 1056 məzun qəbul imtahanlarında biliyini sınayıb

Xaçmaz, 14 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan buraxılış imtahanlarında şimal rayonlarından (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən) ümumilikdə 1056 nəfər iştirak edib.

DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Nadiroğlu AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Xaçmaz və Quba rayonlarının hər birində 3 mərkəzdə keçirilən imtahanlara 106 nəzarətçi müəllim, o cümlədən 21 imtahan rəhbəri cəlb olunub.

III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı saat 10:00-da başlayıb və 3 saat davam edib.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Binaya daxil olan iştirakçıların məsafədənölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

Bu gün Xaçmazla və Quba ilə yanaşı, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallıda da qəbul imtahanları keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.