REGİONLAR


Şimal rayonlarının fermerlərinə güzəştli şərtlərlə satılmaq üçün 7 min 500 ton gübrə sifariş edilib VİDEO

Xaçmaz, 21 yanvar, Elxan Yusifli, AZƏRTAC 

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Xaçmaz regional nümayəndəliyi fermerlərə güzəştli şərtlərlə satış üçün 7 min 500 ton gübrə sifariş edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fermerlərə daha çox azot, nitroammofoska və ammofos karbamid kimi mineral gübrələr təklif olunur.

“Aqrolizinq” ASC-nin Xaçmaz regional nümayəndəliyinin baza müdiri Rafiq Tağıyev bildirib ki, 2018-ci ildə şimal bölgəsindən olan fermerlərə güzəştli şərtlərlə 4 min 805 ton gübrə satılıb. Hazırda isə anbarlarda 3 min 672 ton gübrə var. Bunlar əsasən əkin sahələrində yaz yemləməsi həyata keçirmək üçün nəzərdə tutulan gübrələrdir. Gübrənin dəyərinin 70 faizi dövlət, 30 faizi isə istehsalçı tərəfindən ödənilir. Fermer müvafiq sənədləri təqdim etməklə istənilən vaxt müəssisədən lazım olan gübrəni götürə bilər.

Təsərrüfatçılar bazaya gübrə ilə yanaşı, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları üçün də müraciət edə bilər.

Yaz-tarla işləri üçün aqroservisin texnika və texnoloji avadanlıqları da saz vəziyyətə gətirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.