DÜNYA


Şimali Kipr ada ətrafındakı karbohidrogen ehtiyatları ilə bağlı birgə komissiyanın yaradılmasını təklif edir

Ankara, 13 iyul, AZƏRTAC

Şimali Kiprin Prezidenti Mustafa Akıncı ada ətrafındakı karbohidrogen ehtiyatların axtarışı və istismarı ilə bağlı birgə komissiyanın yaradılması təklifi ilə çıxış edib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, M.Akıncı bununla bağlı Cənubi Kiprin Prezidenti Nikos Anastasiadisə məktub ünvanlayıb.

BMT-nin Kipr məsələsi üzrə xüsusi nümayəndəsi vasitəsilə göndərilən məktubda qeyd olunur ki, mövcud gərginliyi aradan qaldırmaq üçün adanın türk və yunan icmalarından ibarət geniş tərkibli komissiya vasitəsilə problemi müzakirə etmək məqsəduyğundur. BMT və Avropa İttifaqının nümayəndələrinin də komissiyanın tərkibinə daxil edilməsi təklif olunur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.