QAN YADDAŞI
Şimali Kiprin internet televiziyasında 20 Yanvar hadisələrindən bəhs edilib
Ankara, 21 yanvar, AZƏRTAC
Şimali Kiprdə fəaliyyət göstərən Hakikat TV internet televiziya kanalı Qanlı Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı xüsusi proqram yayımlayıb.
AZƏRTAC xəbər verir ki, verilişin qonağı olan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu 29 il əvvəl Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətin səbəb və nəticələri barədə tamaşaçıları məlumatlandırıb. Azərbaycan xalqının şəhidlərimizi hər zaman ehtiramla yad etdiyini diqqətə çatdıran cəmiyyətin sədri bildirib ki, ölkəmizi azad və müstəqil görmək xalqımızın qəhrəman övladlarının ən ümdə arzusu olub.
Verilişdə, eyni zamanda, Azərbaycanın sosial-iqtisadi inkişafından bəhs olunub. Son illərdə ölkəmizdə aparılan quruculuq işləri, ictimai-siyasi sabitliyin qorunması, dünya xalqları arasında Azərbaycana olan maraqdan söhbət açılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.01.2024 [02:44]
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.01.2024 [16:42]
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
- 26.01.2024 [13:32]
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
- 23.01.2024 [11:00]
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb
- 23.01.2024 [01:15]
Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
- 22.01.2024 [19:16]
İstanbulda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı konfrans keçirilib
- 22.01.2024 [11:05]