DÜNYA


Şimali Koreya 3,3 trilyon dollar dəyərində mineral ehtiyatlara sahibdir

Bakı, 11 oktyabr, AZƏRTAC

Koreya Xalq Demokratik Respublikası (KXDR) 3,3 trilyon ABŞ dolları dəyərində təbii ehtiyatlara malikdir. Bu Cənubi Koreyadakı mineral ehtiyatlardan 15 dəfə çoxdur.

AZƏRTAC Cənubi Koreyanın Ehtiyatlar Korporasiyasının hesabatına istinadla xəbər verir ki, KXDR ərazisində 6 milyard tonluq maqnezit, 5 milyard tonluq dəmir filizi, 2 milyon tonluq qrafit, 250 min tonluq volfram ehtiyatları vardır. Şimali Koreya bu yataqların işlənməsi üçün xarici investorlarla 40 müqavilə imzalayıb ki, onların da 90 faizi Çin şirkətidir.

Bildirilir ki, 2000-ci ildə Koreyalararası sammitdən sonra Cənubi Koreya KXDR-dəki mineral ehtiyatların kəşfiyyatı ilə bağlı işlərə başlasa da, iki ölkə arasında siyasi gərginlik səbəbindən bu işlər dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.