DÜNYA


Şimali Koreya “Phunqeri” nüvə poliqonunu söküb

Bakı, 24 may, AZƏRTAC

KXDR ordusunun hərbçiləri xarici jurnalistlərin iştirakı ilə mayın 24-də “Phunqeri” nüvə poliqonunda üç sınaq şaxtasını partladıb.

AZƏRTAC Cənubi Koreyanın Yonhap agentliyinə istinadla xəbər verir ki, poliqondakı yerüstü müşahidə məntəqələri və digər obyektlər də məhv edilib. “KXDR-in Nüvə Silahı İnstitutu nüvə sınaqlarının dayandırılması məsələsində şəffaflıq nümayiş etdirmək üçün 2018-ci il mayın 24-də şimal sınaq poliqonunun sökülməsi mərasimini həyata keçirib”, - institutun mərasim başa çatdıqdan sonra yayılan bəyanatında belə deyilir.

Poliqonun sökülmə prosesini beş ölkədən - Koreya Respublikası, Böyük Britaniya, Rusiya, Çin və ABŞ-dan olan jurnalistlər izləyiblər.

Qeyd edək ki, 6 nüvə sınağından 5-i poliqonun şimal şaxtasında aparılıb. Poliqonda ümumilikdə 4 şaxta mövcud olub. Birinci şaxta cəmi bir dəfə - ilk yeraltı sınağın həyata keçirildiyi 2006-cı ildə istifadə olunub və sonra bağlanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.