DÜNYA


Şimali Koreya tərəfindən buraxılan raketlər Yaponiyaya məxsus iqtisadi zonaya çatmayıb

Tokio, 16 avqust, AZƏRTAC

Avqustun 16-da səhər saatlarında Şimali Koreya tərəfindən buraxılan raketlər Yaponiyanın iqtisadi zonasına çatmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya hökumətinə istinadla məlumat yayıb.

Cənubi Koreya hərbçiləri bəyan ediblər ki, cümə günü səhər saatlarında Şimali Koreya Kanvondo əyalətindən Yapon dənizi istiqamətində iki naməlum raket buraxıb.

Yaponiya hökumətindəki rəsmi mənbələrdən sitat gətirən agentlik yazır: “Raketlərin Yaponiya ərazisinə və ya məxsusi iqtisadi zonaya çatmadığı təsdiq edilib. Hazırda Yaponiyanın təhlükəsizliyinə heç bir birbaşa təhdid yoxdur”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.