DÜNYA


Şimali Koreyanın nümayəndə heyəti ABŞ-KXDR sammiti ilə bağlı Hanoya yollanıb

Bakı, 15 fevral, AZƏRTAC

Şimali Koreyanın 12 nəfərdən ibarət rəsmi nümayəndə heyəti Vyetnamda keçiriləcək ABŞ-KXDR sammiti astanasında Hanoy şəhərinə yola düşüb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Vyetnamın paytaxtına yollanan rəsmi şəxslər arasında KXDR lideri Kim Çen Inın aparat rəhbəri Kim Çan Son da var.

Pekinin Şoudu aeroportuna enən nümayəndə heyətinin fevralın 17-də Hanoy şəhərinə gələcəyi gözlənilir. Burada onlar amerikalı nümayəndələrlə ABŞ-KXDR sammitinə hazırlığın detallarını müzakirə edəcəklər.

Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə buna cavab olaraq KXDR-ə təhlükəsizlik zəmanət vəd etmişdi.

Ötən həftə isə ABŞ Prezidenti Donald Tramp yüksək səviyyəli ikinci görüşün fevralın 27-28-də Vyetnamın paytaxtı Hanoy şəhərində keçiriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.