DÜNYA


Şimali Makedoniyada Türk Mədəniyyət Mərkəzi yaradılacaq

Şimali Makedoniyada Türk Mədəniyyət Mərkəzi yaradılacaq

Skopye, 31 mart, AZƏRTAC

Şimali Makedoniyada Türk Mədəniyyət Mərkəzi yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Makedoniya Nazirlər Şurasının iclasında qərar qəbul olunub.

Mədəniyyət Mərkəzi Şimali Makedoniya türklərinin unikal mədəni dəyərlərini təbliğ edəcək, müasir mədəniyyət və incəsənət sahəsində istedadlı türk gənclərin özlərini ifadə etmələri üçün imkanlar yaradacaq. Mərkəzin fəaliyyəti dövlət büdcəsi hesabına təmin ediləcək.

Mütəxəssislər hökumətin bu təşəbbüsünün ölkənin çoxmillətli quruluşunun qorunub saxlanılması və inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Skopye

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.