İQTİSADİYYAT


Şimali Qafqaz və Azərbaycan kurortları arasında əməkdaşlıq inkişaf edir

Moskva, 7 dekabr, AZƏRTAC

Turniketdən xizək stansiyasının ərazisinə keçməyə imkan verən vahid maqnit kartları Şimali Qafqaz Azərbaycan kurortlarını birləşdirə bilər.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Şimali Qafqaz kurortları” şirkətinin baş direktorunun müavini Rüstəm Tapayev bu xəbəri “Qafqaza sərmayə qoy” mövzusunda biznes forumda elan edib.

O deyib: “Biz bütün Qafqaz dağlarında böyük bir turizm klasteri formalaşdırmaqla məşğuluq. Biz daha da inkişaf etməyi, vahid təqvimlər tərtib etməyi, vahid “sky-pass” da daxil olmaqla turistlərlə qarşılıqlı fəaliyyətdə olmağı nəzərdə tuturuq”.

“Qafqaza sərmayə qoy” mövzusunda üçüncü biznes-forum dekabrın 6-7-də Qroznıda keçirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.