DÜNYA
Şimali və Cənubi Koreyanın dəmir və avtomobil yolları birləşdiriləcək
Bakı, 15 oktyabr, AZƏRTAC
Şimali və Cənubi Koreyanın avtomobil yolları və dəmir yolu şəbəkəsi noyabrın sonu və ya dekabrın əvvəlində birləşdiriləcək.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, oktyabrın 15-də tərəflərin nazirlər səviyyəsində sərhədyanı Panmuncom qəsəbəsində keçirilən görüşündə bu barədə razılıq əldə olunub.
Görüşdə bundan başqa, iki ölkənin liderləri arasında əldə olunan razılaşmaların icrası yollarına dair məsləhətləşmələr aparılıb. Tərəflər Koreya müharibəsi nəticəsində ayrılan ailələrin üzvlərinin görüşünün təşkilinə dair noyabrda danışıqların aparılması, habelə generallar səviyyəsində hərbçilərin qısa zamanda görüşünün keçirilməsinə dair razılığa gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]