İDMAN


Simone İnzaqi “İnter” klubunun baş məşqçisi təyin edilib

Bakı, 3 iyun, AZƏRTAC

“Latsio” komandasından ayrılan Simone İnzaqi “İnter” klubunun baş məşqçisi təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “İnter” klubu məlumat yayıb.

Qırx beş yaşlı mütəxəssislə iki il müddətinə müqavilə imzalanıb. Məşqçi bu vəzifədə mayın 26-da klubdan ayrılan Antonio Konteni əvəzləyəcək.

Son altı mövsümdə Simone İnzaqinin rəhbərlik etdiyi “Latsio” milli çempionatda dördüncü yeri tutub və 2007-ci ildən sonra ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.