Simsiz elektrik enerjisinin paylanması üzrə əsas prinsiplər müzakirə edilib
AzerTAg.az

Bakı, 29 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Fransanın Paris şəhərində keçirilən Sosial Elmlər, İnnovasiyalar və Təhsil Texnologiyaları üzrə 4-cü Beynəlxalq Konqresdə iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim tədbirdə “Simsiz elektrik enerjisinin paylanması üçün şəbəkənin qurulmasının əsas prinsipləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi simsiz enerji ötürülməsində yeni üstünlüklər əldə etdiklərini bildirib. Onun sözlərinə görə, bu enerjinin yaradılması üçün təklif edilən yeni şəbəkənin müxtəlif seqmentləri təhlil edilib. Hər bir seqmentin texniki spesifikasiyaları və izahatlar verilib. Bu şəbəkənin işləməsi üçün süni peyklərdən necə istifadə edilməli və hansı növ peyklərin şəbəkə üçün uyğun olması təklif edilib. Həmçinin təklif olunan paylayıcı şəbəkədən istifadə ilə bağlı maliyyə problemləri müzakirə edilib.
Böyük maraq doğuran məruzənin sonunda simsiz enerjinin yaradılması üçün təklif edilən yeni şəbəkənin dizaynı müzakirə olunub.
Xəbərin mətnində orfoqrafik səhv var