DÜNYA


Simsiz internetin sürətini artırmaq üsulları açıqlanıb

Bakı, 9 aprel, AZƏRTAC

Ekspertlər internetin sürətini artırmağa kömək edəcək 8 üsul açıqlayıblar. Bu haqda Britaniyanın “The Sun” tabloidi məlumat verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, onların sözlərinə görə, internet qoşulmanın sürətinə bir neçə amil təsir edə bilər: routerin yerləşməsi, divarların qalınlığı, mebel və hətta insanların sayı.

İnternet səhifələrin donması ilə qarşılaşmamaq üçün, ilk növbədə brauzerin keşini təmizləmək və proqram təminatını yeniləmək lazımdır. Həmçinin mütəxəssislər marşrutlayıcını daha yüksəkdə yerləşdirməyi məsləhət görürlər, çünki belə olan halda siqnal daha yaxşı yayılır. Bununla belə onlar qeyd ediblər ki, routeri şüşənin yanında yerləşdirmək tövsiyə edilmir.

Həmçinin fon rejimində işləyən proqramların işinə diqqət yetirmək lazımdır, çünki onlar trafik istifadə edə bilərlər. Ekspertlər antivirus proqramlarını yeniləməyi də tövsiyə ediblər. Sonda mütəxəssislər şəbəkəyə kənar şəxslərin qoşulmaması üçün “Wi-Fi”ya təhlükəsiz parol təyin edilməsini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.