ELM VƏ TƏHSİL
Sınaq imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi aparılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclası keçirilib.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, fizika fənni üzrə işçi qrupunun iclasında I və IV ixtisas qrupları üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi aparılıb.
Rus dili (tədris dili) fənni üzrə işçi qrupunun iclasında gündəlik məsələ ümumi (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan tövsiyələrin hazırlanması olub.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib, təkliflər verilib.
İşçi qruplarının növbəti iclası yanvarın 26-da olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]