ELM VƏ TƏHSİL


Sınaq imtahanlarının ikinci sessiyasına qeydiyyat başlanır

Bakı, 7 iyun, AZƏRTAC

Müəllimlərin işə qəbulu müsabiqəsində və sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanlarının ikinci sessiyasına qeydiyyat başlanır.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, sınaq imtahanlarının birinci sessiyasında iştirak edən şəxslərə ikinci sessiyada ödənişsiz iştirak hüququ verilir.

Onlayn formatda təşkil olunacaq sınaq imtahanlarının 2-ci sessiyası ibtidai təhsil (21 iyun saat 16:00), riyaziyyat (22 iyun saat 16:00), Azərbaycan dili və ədəbiyyat (22 iyun saat 16:00), ingilis dili (23 iyun saat 16:00), tarix (23 iyun saat 16:00), fizika (24 iyun saat 16:00), biologiya (24 iyun saat 16:00), coğrafiya (25 iyun saat 16:00), informatika (25 iyun saat 16:00) və kimya (25 iyun saat 16:00) fənləri üzrə keçiriləcək.

Sınaq imtahanlarının 2-ci sessiyası üçün qeydiyyat iyunun 17-si saat 23:59-da bitəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.