DÜNYA


Sinayda terror aktlarının həyata keçirilməsini planlaşdıran 11 ekstremist məhv edilib

Qahirə, 11 aprel, AZƏRTAC

Misirin təhlükəsizlik qüvvələri antiterror əməliyyatı çərçivəsində ölkənin güc qurumlarına və həyati vacib obyektlərinə terror hücumuna hazırlaşan 11 ekstremisti məhv ediblər.

AZƏRTAC xəbər verir ki, terrorçu qrupun Sinay yarımadasının Əl-Ariş şəhərinin Əbu-Eta rayonundakı binalardan birində yerləşmələri barədə operativ məlumat alan təhlükəsizlik qüvvələri ekstremistlərin zərərsizləşdirilməsi əməliyyatını həyata keçiriblər. Başlanmış atışma nəticəsində 11 terrorçu məhv edilib. Onların üzərilərində müxtəlif növ silahlar, partladıcı maddələr, həmçinin “intiharçı kəməri” aşkarlanıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.