DÜNYA


Sindi Makkeyn qadınları Baydenə səs verməyə çağırır

Vaşinqton, 24 sentyabr, AZƏRTAC

Mərhum respublikaçı senator, Vyetnam müharibəsinin veteranı Con Makkeynin xanımı Sindi Makkeyn NBC telekanalının “Today Show” səhər proqramında çıxış edib və builki prezident seçkilərində Co Baydeni dəstəklədiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Makkeyn qadın cinsinin nümayəndələrinə müraciət edərək onları Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydenə səs verməyə çağırıb.

Sindi Makkeyn özü respublikaçı olsa da, Prezidentlə sözləri düz gəlmir, çünki Con Makkeynin sağlığında Tramp onu dəfələrlə tənqid edib. Sindi Makkeyn deyib ki, ərinin ölümündən sonra Baydenin bu ailəyə rəğbət bildirməsi Demokratlar Partiyasından prezidentliyə namizədi dəstəkləmək barədə qərara gəlməsində mühüm rol oynayıb.

Sindi Makkeyn bildirib ki, “Atlantic” jurnalında dərc edilmiş məqaləyə Prezident Trampın şərhlərində onun veteranlar və döyüşlərdə həlak olmuş amerikalılar haqqında xoşagəlməz fikirləri demokratları dəstəkləmək barədə qəti qərara gəlməsinə təkan verib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Respublikaçılar Partiyasının əsas namizədi indiki Prezident Donald Tramp, Demokratlar Partiyasının əsas namizədi isə sabiq vitse-prezident və senator Co Baydendir. Onlar hər ikisi ilkin seçkilərdə bu nominasiyada qələbə uğrunda mübarizə aparmaq üçün nümayəndələrin zəruri sayda səsini toplayıblar.

AZƏRTAC-ın Vaşinqton bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.