ELM VƏ TƏHSİL
Sinifdə şagirdlərin sayının azalması müvafiq fənlərin tədrisində iki qrupa bölünməni məhdudlaşdırmır
Bakı, 24 iyun, AZƏRTAC
Tədris ilinin birinci yarısında sinifdə şagirdlərin sayının azalması tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində sinfin iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.
Qərarda, həmçinin qeyd olunur ki, tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsini, tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsini məhdudlaşdırmır.