CƏMİYYƏT


Sinoptiklər Azərbaycanın əksər rayonlarında hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər

Bakı, 27 mart, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra, martın 29-da Azərbaycanın cənub rayonlarında, martın 30-da isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

Qeyri sabit hava şəraiti martın 31-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.