CƏMİYYƏT


Sinoptiklər küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-ü axşam və 24-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, yarımadanın bəzi yerlərində arabir 28 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq 26-sı səhərədək bəzi yerlərdə şimşək çaxacağı, havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi bildirilir. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.