CƏMİYYƏT


Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər

Bakı, 19 fevral, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-18 metr olacaq, yarımadanın bəzi yerlərində arabir 20 metrədək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.