CƏMİYYƏT


Sinoptiklər xəbərdarlıq edir: Hava şəraiti meteohəssas insanlar üçün riskli olacaq

Bakı, 28 iyun, AZƏRTAC

Sinoptiklər anomal istilərlə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da iyulun 2-dək anomal isti hava şəraitinin müşahidə ediləcəyi ehtimalı var. Maksimal hərarətin 38-41°, bəzi yerlərdə 43° isti olacağı bildirilir.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 2-dək Abşeron yarımadasında isti hava dalğasının təsiri nəticəsində gündüz qızmar temperatur diskomfortu, bəzi saatlarda durğun hava şəraitinin olacağı proqnozlaşdırılır ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.