CƏMİYYƏT


Sinoptiklər xəbərdarlıq edirlər...

Bakı, 18 dekabr, AZƏRTAC

Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 20-21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 20-si axşam, 21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 20-21-də Abşeron yarımadasında buludlu və rütubətli hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.