CƏMİYYƏT


Sinoptiklər xəbərdarlıq edirlər...

Bakı, 3 yanvar, AZƏRTAC

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında yanvarın 3-ü axşam arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin əsəcəyi, arabir sürətlənəcəyi, axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 4-ü və 5-də qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir sürətlənəcəyi proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.