CƏMİYYƏT


Sinoptiklər xəbərdarlıq edirlər...

Bakı, 8 yanvar, AZƏRTAC

Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 9-da arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, axşam güclü şimal-qərb küləyi ilə əvəzlənəcəyi və 10-da gecə və səhər arabir şiddətlənəcəyi gözlənilir. Yanvarın 9-da bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında yanvarın 9-10-da qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclü olacağı proqnozlaşdırılır. Yanvarın 9-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyinin əsəcəyi, yanvarın 9-u axşamdan 10-u gündüzədək güclü xəzri küləyi ilə əvəzlənəcəyi gözlənilir. Meteoroloji amillərin qısa müddətə belə təzadlı dəyişkənliyi əksər əhali üçün əlverişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.