CƏMİYYƏT


Sinoptiklər xəbərdarlıq edirlər...

Bakı, 23 yanvar, AZƏRTAC 

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 24-ü gündüzdən 25-i gündüzədək cənub-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-23 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Xəbərdarlığa görə, Azərbaycanın əsasən dağlıq rayonlarında yanvarın 24-ü və 25-də cənub-qərb küləyinin əsəcəyi, sürətinin arabir saniyədə 20-25 metrədək güclənəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.