CƏMİYYƏT


Sinoptiklər xəbərdarlıq edirlər...

Bakı, 31 yanvar, AZƏRTAC 

Sinoptiklər bəzi bölgələrdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 2-3-də şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20 metrədək güclənəcəyi gözlənilir.

Azərbaycanın bəzi qərb rayonlarında fevralın 2-3-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə sürəti arabir saniyədə 20-25 metrədək güclənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.