CƏMİYYƏT


Sinoptiklər xəbərdarlıq edirlər...

Bakı, 22 aprel, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 23-də Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-23 metrədək güclənəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin aprelin 25-i gündüzədək davam edəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir 15-20, aprelin 23-də ayrı-ayrı yerlərdə 23-28 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.