CƏMİYYƏT


Sinoptiklər xəbərdarlıq edirlər...

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 25-i axşamdan 27-si gündüzədək arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 26-sı və 27-də gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-28 metr/saniyəyə çatacaq, oktyabrın 26-da yarımadanın bəzi yerlərində arabir saniyədə 30-32 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° enəcək.

Oktyabrın 25-i axşamdan oktyabrın 27-si axşamadək ölkə ərazisində hava şəraitin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° enəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.