CƏMİYYƏT
Sinoptiklərdən xəbərdarlıq: Əlverişsiz hava şəraiti iyulun 29-dək davam edəcək
Bakı, 26 iyul, AZƏRTAC
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 27-si axşam və iyulun 28-də şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək.
İyulun 27-si axşam respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən intensiv yağışla əlaqədar bəzi dağ çaylarndan qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır. Qərb, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Əlverişsiz hava şəraiti iyulun 29-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]