CƏMİYYƏT


Sinoptiklərdən xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək

Bakı, 24 fevral, AZƏRTAC 

Sinoptiklər Azərbaycanda gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 25-də gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimal edilir. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.