CƏMİYYƏT


Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu enəcək

Bakı, 5 noyabr, AZƏRTAC

Sinoptiklər ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşam və 6-da şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək.

Noyabrın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 7-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 6-da Abşeron yarımadasında küləkli və rütubətli hava şəraiti fonunda temperaturun enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.